Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xarici ölkə universitetlərində "Azərbaycan multikulturalizmi" fənninin tədrisi layihəsi çərçivəsində İsveçrənin Frayburq universitetində tədrisə başlanılıb. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu günlər baş tutan ilk mühazirəni Mərkəzin nümayəndəsi Kamal Qasımov və Frayburq universitetinin İctimai elmlər fakültəsinin professoru Ansgar Jodike oxuyub. Mühazirə fənnin giriş mövzusu kimi Azərbaycanın tarixinə, mədəniyyətinə, ölkəmizdə sülh və əmin-amanlıq şəraitində birgə yaşayan müxtəlif konfessiyaların və çoxsaylı etnik qrupların durumuna və eləcə də, dövlətimizin uğurla apardığı multikulturalizm siyasətinə həsr edilib. İlk mühazirədə İsveçrənin Frayburq və Bern universitetlərin avropaşünaslıq, dinşünalsıq və şərqi avropaşünaslıq ixtisasları üzrə magistr tələbələr iştirak edib.

Bütün dövrlərdə Azərbaycan dini tolerantlıq, dözümlülük məkanı olub. Müstəqillik dövründə müsbət meyllər nəinki qorunub saxlanılıb, eyni zamanda inkişaf etdiriib və mənəvi dəyərlərə diqqət daha da artırılıb. Ölkəmizin bütün təşəbbüsləri regional əməkdaşlıq üçün əlverişli şərait yaratdığı kimi xalqlararası, millətlərarası dialoqun aparılması bu müsbət meyilləri daha da gücləndirir.
İSESCO-nun baş direktoru İrina Bokova millətlərarası münasibətlərin inkişafında Azərbaycanın tolerantlıq təcrübəsini yüksək qiymətləndirərək bildirir ki, Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan çox vacib mövzulara həsr olunmuş beynəlxalq tədbirlərə ev sahibliyi edir: "Çox mürəkkəb, regional və beynəlxalq vəziyyətdə yaşadığımız bu dövrdə sülhün, mədəniyyətlərarası dialoqun təşviqi mədəniyyətlərin yaxınlaşması üçün başlıca amillərdən biridir və bu da dünya sivilizasiyasını xilas edə bilər. Dünyada baş verən həddindən artıq ciddi təhlükələr məhz dialoqun azlığından, qarşılıqlı anlaşmanın olmamasından irəli gələn problemlərdir."
Ölkə başçısının multikulturalizm sahəsində atdığı nəhəng addımlar növbəti mərhələlərdə millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyinin və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması oldu. Dövlət müşaviri, akademik Kamal Abdullayevin rəhbərliyi ilə BBMM bu sahədə böyük layihələr həyata keçirir. Bu layihələrdən ən diqqətçəkəni "xarici ölkə universitetlərində Azərbaycan multikulturalizmi fənninin tədrisi" layihəsidir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xarici ölkə universitetlərində "Azərbaycan Multikulturalizmi" fənninin tədrisi layihəsi 2015-ci ilin yaz semestrindən etibarən fevral-mart aylarında 7 xarici ölkə universitetini - Rusiyanın 1-ci prezident Boris Yeltsin adına Ural Federal Universiteti, Gürcüstanın İvane Cavaxaşvili adına Tiflis Dövlət Universiteti, Litvanın Pedoqoji Univerisiteti, Çexiyanın Praqa Karlov Universiteti, Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti, İtaliyanın Roma Sapienza Universiteti, Belarusiyanın Dövlət Universitetini əhatə edirdi Semestr ərzində 7 xarici ölkə universitetində 350-dən çox tələbə bu kursa cəlb edilib. Sonda isə kursu dinləyən ən uğurlu tələbələrin iştirakı ilə bu ilin 21 iyul-01 avqust tarixlərində Bakı, Quba, Qusar, Xaçmaz və Nabranda "Multikultural Azərbaycan: Öyrən, araşdır, paylaş" adlı beynəlxalq yay məktəbi təşkil edilib.
2015-2016-cı dərs ilinin payız semestrindən etibarən 7 univeristetlə yanaşı daha 4 xarici ölkə universiteti bu layihəyə cəlb olunub. Bunlar İsveçrənin Frayburg, Portuqaliyanın Lusofona, Ukraynanın Poltava İqtisadiyyat və Ticarət və Türkiyənin Ərciyəz universitetləridir.
Qeyd edək ki, 2015-2016-cı tədris ilinin yaz semestrindən isə Almaniyanın Augsburq və Vürzburq, Polşanın Varşava, ABŞ-ın Hyuston, Rusiyanın Xalqlar Dostluğu və İndoneziyanın Gajah Mada universitetləri də artıq bu layihəyə qoşulmaq istəklərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB