"İkili standartların əsas səbəbi: xristian-müsəlman məsələsidir". Bu sözləri SİA-ya İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov beynəlxalq təşkilatların Azərbaycana qarşı yeritdiyi ikili standartlara münasibətini bildirərkən deyib.
O bildirib ki, Azərbaycana qarşı qərəzli mövqe və ikili standartlar nümayiş etdirilir və bu heç də xoşagəlməyən bir tendensiyadır: "Bu gün digər ölkələr kimi Azərbaycan da bəzi məsələlər öz həllini tapmayıb. Lakin məsələ onların əks etdirdiyi kimi deyil. Azərbaycan müstəqil dövlətdir və burada əmin-amanlıq hökm sürür. Lakin bu gün Ermənistana diqqət yetirdikdə çox dəhşətli və dözülməz bir mənzərə ilə qarşılaşırıq. Erməni xalqı çox çətin sosial şəraitlə üz-üzə qalıb. Hətta vəziyyət o yerə çatıb ki, artıq onlar öz ölkələrini tərk etməyə başlayırlar və başqa ölkələr üz tuturlar. Bu ölkələr sırasında Azərbaycanın da adı var. Əgər Azərbaycanda vəziyyət deyildiyi qədər pisdirsə, onda niyə erməni xalqı bura üz tutur? Niyə bu təşkilatlar Ermənistanda hökm sürən bu xaosu görmür. Məncə onlar daha çox Ermənistandakı vəziyyətlə maraqlanmalıdırlar. Ermənistandakı acınacaqlı vəziyyəti müzakirə etməlidirlər. Buradakı vəziyyətlə bağlı öz səslərini ucaltmalı və nöqsanları bildirməlidirlər".
Elçin Behbudovun fikrincə bütün bu ikili standartların yeganə səbəbi islamofobiyadır: "Bu ikili standartların arxasındakı əsas səbəb xristian-müsəlman məsələsidir. Bir sözlə islamofobiya".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB