24 sentyabr tarixdən başlayaraq tələbələrin iştirakı ilə İsmayıllıda start götürən Etno-İrs günləri 27 sentyabr tarixində başa çatıb. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, İsmayıllı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə baş tutan tədbirdə 100 nəfərə yaxın gənc aktyor, tələbə, İsmayıllı rayonununda fəaliyyət göstərən folklor qrupları və xalq sənətkarları iştirak ediblər. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, etno irs günlərinin keçirilməsində əsas məqsəd Azərbaycanın milli-mədəni irsinin, tarixinin, adət və ənənələrinin qorunub saxlanması və təbliğ edilməsidir.
Layihə çərçivəsində qonaqlar adət ənənələrimiz və mədəni irsimiz ilə yaxından tanış olmaq imkanı əldə ediblər. İlk olaraq təqdir iştirakçılarını ozanların atası olan Dədə Qorqud qarşılayaraq, onları salamlayıb, xeyir dua verib. Daha sonra qonaqlarla birgə bütün çadırların önündən keçərək milli və tətbiqi sənət məhsulları, kəndirbaz və sehrbazların məharətləri, gənc aktyor və tələbələrin ifasında Azərbaycan xalqının qədim rəqslərini və xalq oyunlarını seyr edib, muğam və milli musiqilər dinləyiblər .
Tədbirin daha rəngarəng və maraqlı keçməsi, qonaqların adət ənənələrimiz və milli mətbəximiz ilə daha yaxından tanış olmaları məqsədi ilə festival zamanı yeməklərimizin hazırlanma qaydaları da onlara nümayiş olunub. Bununla yanaşı qonaqlar milli mətbixəmizdən də dada biliblər.
Eyni zamanda, qonaqlara misgərlərin, zərgərlərin, xalçaçıların, dulusçuların, nəqqaşların və başqa sənət ustalarının yaratdıqları sənətkarlıq nümunələri də təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB