Peterburqda yaşayan azərbaycanlı intihar edib

Peterburqda yaşayan azərbaycanlı intihar edib

Peterpurq sakini olan 54 yaşlı azərbaycanlı özünü asaraq intihar edib. SİA-nın "Rustelegraph"-a istinadən verdiyi məlumata görə, hadisə bu gün şəhərin Bela Kun küçəsində, ev 7/5 ünvanında baş verib.

Kirayə qaldığı mənzildə özünü asan azərbaycanlını 42 yaşlı həmyerlilisi aşkar edib. O özünü otaqlardan birinin çılçırağına bağladığı kəndirdən asıb.

Meyitin üzərində heç bir zorakılıq əlamətinə rast gəlinməyib.

İntihar faktı ilə bağlı Peterburq üzrə İstintaq Komitəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə