Ağdaş rayonunda "HYUNDAI" markalı avtomobil idarəetməni itirərək qəza törədib.
SİA Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər veriri ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağdaş rayonu, Yuxarı Zeynəddin kəndi ərazisində "HYUNDAI" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı arxa düşüb. Hadisə yerinə cəlb edilmiş yanğınsöndürən-xilasedicilər köməksiz vəziyyətdə qalmış sərnişini avtomobildən çıxarıb və aidiyyatı üzrə təhvil verib. Əməliyyat saat 04:22-də başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB