"National Geographic" jurnalı Azərbaycanla bağlı məqalə yazıb. SİA-nın məlumatına əsasən məqalədə Azərbaycanın yerləşdiyi coğrafi mövqe, əhatə etdiyi ərazi və əhalisinin sayı haqda məlumat verilib.
Məqalə "Odlar Diyarı" ("The Land Of Fire") başlığı ilə verilib. Burada Azərbaycanın simvoluna çevrilmiş Yanar dağ haqqında məlumat verilib və məhz buna görə də Azərbaycanın "Odlar Diyarı" adlandırılmasının şərti xarakter daşımadığı qeyd olunub.
Neft və qaz ehtiyatları ilə zəngin olan paytaxt Bakı da bu yazıda öz yerini tapıb. Şəhərin səsli-küylü və insanlarla sıx olduğu qeyd olunub. Eyni zamanda Azərbaycanın enerji ehtiyatları ilə yanaşı palçıq vulkanlarına da malik olduğu bildirilib.
Məqalədə Azərbaycanın xalqının məşhur sənət incisi olan xalçalarından və qədim simli alət qopuzdan da bəhs edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB