Sabah Bakıda 26-30 dərəcə isti olacaq

Sabah Bakıda 26-30 dərəcə isti olacaq

Sentyabrın 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, yarımadanın bəzi yerlərində qısa müddətli az yağış yağacağı, şimşək çaxacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, mülayim şərq küləyinin əsəcəyi ehtimalı var.

Havanın temperaturu Abşeron yarımadasında gecə 16-20, gündüz 26-30 dərəcə, Bakıda isə gecə 17-19, gündüz 26-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacağı, mülayim şərq küləyi əsəcəyi gözlənilir.

Havanın temperaturu gecə 13-18, gündüz 27-32, dağlarda isə gecə 10-15, gündüz 21-26 dərəcə isti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə