Zaqatalada aztəminatlı ailələrə bayram sovqatı paylanılıb

Zaqatalada aztəminatlı ailələrə bayram sovqatı paylanılıb

Müqəddəs Qurban bayramı münasibətilə Zaqatala rayonunda 650-dən artıq aztəminatlı ailəyə bayram sovqatı paylanılıb. SİA-nın məlumatına görə, rayon icra hakimiyyətinin, qəsəbə və kəndlərin icra və bələdiyyə orqanlarının nümayəndələri bayram münasibətilə şəhid və məcburi köçkün ailələrinə, əlil və kimsəsizlərə, xüsusi qayğıya ehtiyacı olan ahıl və tənha vətəndaşlara baş çəkib, onların qayğı və problemləri ilə maraqlanıb, gətirdikləri bayram sovqatı ilə onları sevindiriblər.

Vətəndaşlar onlara göstərilən qayğıya görə xeyirxah əməl sahiblərinə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə