Dünya müsəlmanlarının birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən Qarabağ müharibəsi və Çernobıl faciəsi əlillərinə, şəhid ailələrinə, sərhəddə yerləşən Köhnəqışlaq kəndində yaşayan 105 ailəyə və eləcə də rayonun aztəminatlı ailələrinə sovqat paylanıb.
Rayon icra hakimiyyətindən SİA-ya verilən məlumata görə, bayram payları əvvəlcədən tərtib olunmuş müvafiq siyahıya uyğun olaraq şəhər, qəsəbə və kəndlərdə bir başa ünvanlara çatdırılıb. Sovqatlar ümumilikdə 305 ailəni əhatə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB