Salyanda üzümçülük əsas təsərüfat sahələrindəndir. Fermerlər bu gəlirli sahəyə böyük maraq göstərirlər. Elə buna görə də rayonda üzüm plantasiylarının sahəsi ilbəil artır. Hazırda rayonda həyatyanı sahələrlə birlikdə 1182 hektar üzüm bağı mövcuddur. SİA-nın məlumatına görə, xeyli vaxtır üzüm plantasiyalarında məhsul yığılır. İndiyədək bağlardan 354,3 ton üzüm yığılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 70 ton çoxdur. Üzüm sahələrində hələ məhsul boldur. Fermerlər mövsümüm sonunadək daha 600 ton məhsul yığacaqlarını bildirirlər.
Qeyd edək ki, ötən ilə nisbətən üzümün qiyməti xeyli aşağıdır. Bağbanlar yerində üzümün 1 kiloqramının qiymətini 30-40 qəpiyə təklif edirlər. Ötən il isə bu rəqəm 70-80 qəpik arasında olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB