Bu günün tarixi

Miladi: 25 sentyabr 2015

Hicri: 11 Zil hiccə 1436

İlin 268-ci günü

İlin sonuna 97 gün qalır

Bu günün namaz vaxtları

Fəcr - 06:19

Günəş – 07:29

Zöhr – 13:37

Əsr – 17:29

Məğrib - 19:51

İşa – 21:09

Dünyada olan hadisələr

1396-cı ildə Nikopol yaxınlığındakı döyüşdə Birinci Bəyazidin qoşunu səlibçiləri darmadağın edib. Döyüş nəticəsində Bolqarıstan 1878-ci ilədək Osmanlının əyalətinə çevrilib.

1493-cü ildə Kolumb ikinci dəfə Amerikaya səyahətə yola düşüb.

1763-cü ildə Rusiyada ilk ictimai xəstəxana inşa edib.

1804-cü ildə Amerikada ilk insan hüquqları Bəyannaməsi qüvvəyə minib.

1909-cü ildə Fransada dünyada ilk dəfə olaraq aviasiya sərgisi açılıb.

1911-ci ildə İtaliya Osmanlıya qarşı müharibə elan edib.

1926-cı ildə Ford zavodlarında 5 günlük 8 saatlıq iş rejiminə keçib.

1932-ci ildə Kataloniya muxtariyyət əldə edib.

1962-ci ildə Əlcəzair xalq demokratik respublikası elan edilib.

1974-cü ildə Elm adamları aerozolların ozon təbəqəsini korlaması barədə bəyannamə yayıb.

1987-ci ildə Qahirədə ilk metronun açılışı olub.

1989-cu ildə Litva Ali Soveti 1940-cı il sovet işğalını qanunsuz elan edib.

1999-cu ildə Rusiya xarici borca görə dünya lideri olub (160 milyard dolllar).

Azərbaycanda olan hadisələr

1918-ci ildə Azərbaycan Demokratik Respublikası hökuməti Bakıda əskinasların dövriyyəyə buraxılması haqqında qərar qəbul edib.

1997-ci ildə Azərbaycan və İtaliya arasında investisiyaların təşviqi və qorunması haqqında Saziş imzalanıb.

2005-ci ildə "Azadlıq" bloku Bakıda mitinq keçirir

2007-ci ildə Elton Conun Bakıda ilk konserti ilə çıxış edib

Doğumlar

1890-cı ildə Əbülqasım Hüseynzadə - folklorşünas (ö.1988).

1906-cı ildə Dmitri Şostakoviç - Rus bəstəkarı.

1928-ci ildə Arif Babayev - Azərbaycanlı kinorejissor (ö.1983).

1958-ci ildə Maykl Medsen - aktyor.

1968-ci ildə Uill Smit - aktyor.

1969-cu ildə Ketrin Zeta-Cons - Böyük Britaniya aktrisası.

1980-ci ildə Ti Ay - repçi.

Bütün xəbərlər Facebook səhifəmizdə