Suraxanıda Qurban bayramı qeyd edilib

Suraxanıda Qurban bayramı qeyd edilib

Qurban bayramı Suraxanı rayonunda da geniş şəkildə qeyd edilib. SİA-nın məlumatına görə, rayon icra hakimiyyətinin təşkilatçılığı ilə 6 mindən çox ailəyə, o cümlədən Qarabağ müharibəsi əlillərinə, Böyük Vətən Müharibəsi iştirakçılarına, şəhid ailələrinə və aztəminatlı ailələrə, ahıl və tənha sakinlərə, rayonda məskunlaşmış məcburi köçkünlərin bir qisminə qurban sovqatı paylanıb.

Rayonun Hövsan, Zığ, Qaraçuxur, Əmircan, Bülbülə, Yeni Suraxanı qəsəbələrində keçirilən xeyriyyə tədbirlərində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, RİH-in məsul işçiləri, bələdiyyə sədrləri, üzvləri iştirak ediblər.

Hövsan və Yeni Suraxanı qəsəbələrində təşkil olunan bayram tədbirlərində iştirak edən icra hakimiyyətinin başçısı İ. Abbasov dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik, saflıq və mərhəmət rəmzi olan Qurban bayramı münasibətilə sakinləri təbrik edib. O deyib ölkəmizdə Qurban bayramı hər il dövlət səviyyəsində böyük təntənə ilə qeyd edilir.

Bayram günü Hövsan qəsəbəsində tikilmiş Veteranlar guşəsinin açılışı olub. Veteranlar guşəsi "2015-ci il ərzində Suraxanı rayonunda həyata keçirilməsi nəzərdə tutulmuş yerli Proqramların iş qrafiki"nə uyğun olaraq tikilib. Aşılış mərasimində çıxış edən İ.Abbasov veteranları Qurban bayramı münasibətilə təbrik edib.

Həmin gün "Mövcud Şəhid xatirə komplekslərinin əsaslı təmiri və yenilərinin tikintisi" proqramına uyğun olaraq torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Etibar Cəfərovun adına Hövsan qəsəbəsində tikilmiş sayca 14-cü Şəhid xatirə kompleksi rayon rəhbərliyi və müharibə veteranları tərəfindən ziyarət edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə