Bakıda və şəhərətrafı qəsəbələrdə kəsim məntəqələri təşkil edilib

Bakıda və şəhərətrafı qəsəbələrdə kəsim məntəqələri təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi Qurban bayramı ilə əlaqədar Bakı şəhəri və Bakıətrafı qəsəbələrdə qurbanlıq heyvanların satışı və müasir standartlara uyğun kəsim məntəqələri təşkil edib. Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, bununla əlaqədar sentyabrın 24-də kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Binəqədi rayonunda, 8-ci mikrorayon ərazisində təşkil edilən qurbanlıq heyvanların kəsim məntəqələrində olub.

Qurbanlıq qoyunlar ölkənin bütün rayonlarından gətirilib. Ötən ildən fərqli olaraq bu il satışa çıxarılan heyvanların sayında artım var və qiymətlər 95 manatdan 90 manata endirilib. Hər bir məntəqəyə xüsusi qəssablar təyin edilib. Heyvanların kəsiminə və ətin keyfiyyətinə nəzarət etmək üçün Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.

İki qurbanlıq qoç Bilgəhdəki qocalar pansionatına bayram sovqatı olaraq verilib.

Daha sonra nazir müavini Binəqədi rayonunda təşkil edilən kənd təsərrüfatı məhsullarının satış yarmarkasında olub, qiymətlərlə maraqlanıb.

Yarmarkada bazara yalnız yerli məhsullar çıxarılıb. Bayramla əlaqədar paytaxtın 5 rayonunda yarmarkalar fəaliyyət göstərir. Yarmarkalarda qiymətlər bazara nisbətən 20-25 faiz ucuzdur.

Bütün xəbərlər Facebook səhifəmizdə