Qurban bayramı ölkəmizin hər yerində olduğu kimi, cəbhə zonasında yerləşən Tərtər rayonunda da xoş əhval-ruhiyyə ilə qeyd edilir. Bayram münasibətilə keçirilən mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərtərliləri saflıq və mərhəmət rəmzi olan Qurban bayramı münasibətilə təbrik edib, onlara əmin-amanlıq, cansağlığı və süfrələrinə ruzi-bərəkət arzulayıb.
Cümə məscidinin axundu Sadiq Cəfərov bayramın fəzilətlərindən danışıb, dualar oxunub.
Sonra qurbanlıq qoyunlar kəsilib. Yeddi tona yaxın ət Qarabağ, Böyük Vətən müharibələri və Çernobıl əlillərinə, şəhid ailələrinə, aztəminatlı ailələrə, ahıl və tənha vətəndaşlara, təmas xəttinə yaxın yerləşən kəndlərin sakinlərinə, hərbi hissələrə göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB