Qaraçuxurda su xəttinddə baş vermiş qəzanın fəsadları aradan qaldırılıb

Qaraçuxurda su xəttinddə baş vermiş qəzanın fəsadları aradan qaldırılıb

Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Şadlinski küçəsindən keçən magistral su xəttində baş vermiş qəzanın fəsadları aradan qaldırılıb. SİA xəbər verir ki, bu barədə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin əməkdaşı Neman Səfərli deyib.

Neman Səfərli bildirib ki, qəza baş verən kimi hadisə yerinə gedən mütəxəssislər boru xəttində bərpa işləri görüblər: "Dünən gecədən etibarən həmin ərazidəki abonentlər su ilə təmin olunublar Hazırda su həmin ünvandakı evlərə əvvəlki rejimlə verilir. Suyun verilməsində heç bir məhdudiyyət yoxdur. Belə hadisələr baş verdikdə çalışırıq ki, bərpa işlərini qısa zaman ərzində görək".

Məlumat üçün qeyd edək ki, ötən gün Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Şadlinski küçəsindən keçən magistral su xəttində qəza baş vermişdi. Qəza ilə əlaqdar Yeni Günəşli qəsəbəsinin A,B,V,Q,D massivlərinə içməli suyun verilməsində məhdudiyyətlər yaranmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə