Həmsədrlər Nyu-Yorkda XİN başçıları ilə görüşəcək

Həmsədrlər Nyu-Yorkda XİN başçıları ilə görüşəcək

Bu gün Nyu-Yorkda ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ilə görüşü olacaq. Bu barədə Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "twitter" səhifəsində yazıb. "Biz məhsuldar danışıqların olacağını gözləyirik" - deyə, o qeyd edib.

Xatırladaq ki, həmsədrlər əvvəlcə hər iki ölkənin xarici işlər nazirləri ilə ayrılıqda, daha sonra isə birlikdə görüşəcəklər.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov artıq ötən gün Nyu-Yorka yola düşüb. O, həmçinin BMT Baş Assambleyasında iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə