Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və dövlət sərhədi boyu yerləşən kəndlərimizi müxtəlif çaplı silahlardan istifadə etməklə intensiv surətdə atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, sentyabrın 23-də gecə saatlarında Ermənistanın Noyemberyan rayonunun Dovex kəndi istiqamətindən iriçaplı silahlardan Qazax rayonunun Kəmərli kəndinin atəşə tutulması nəticəsində mülki sakin Dursunova Esmira Aslan qızı yaralanıb. Göstərilən ilkin tibbi yardımdan sonra E.Dursunova Qazax rayon Diaqnostika Mərkəzinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Ermənistan tərəfinin bu cür təxribat əməllərini həmişə olduğu kimi, Azərbaycanda əlamətdar hadisələrin, bayram günlərinin keçirildiyi vaxtda törətməsi məqsədyönlü xarakter daşıyır və məhz dövlət sərhədində Silahlı Qüvvələrimizi təxribata cəlb etmək niyyətini güdür.
Müdafiə Nazirliyi bildirir ki, düşməni susdurmaq məqsədilə Silahlı Qüvvələrimiz tərəfindən görülən təxirəsalınmaz və adekvat tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə güclü atəş zərbələri endirilib. Bir daha bəyan edirik ki, düşmən tərəfində baş verən itkilərə və dağıntıya görə bütün məsuliyyət qarşı tərəfin üzərinə düşür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB