İstanbulda nəqliyyat vasitələrinin sayı sürətlə artır

İstanbulda nəqliyyat vasitələrinin sayı sürətlə artır

İstanbulda gün ərzində orta hesabla 3 milyon 620 min 554 nəqliyyat vasitəsi hərəkət edir. Anadolu Agentliyinin məlumatına görə, onların 2 milyon 404 min 209-u minik maşını, 78 min 840-ı mikroavtobus, 46 min 230-u avtobus, qalanları isə digər nəqliyyat vasitələridir. Bildirilir ki, İstanbul yollarında hərəkət edən nəqliyyat vasitələrinin sayı hər gün təxminən 1017 ədəd artır. Bu isə ötən ilin ilk səkkiz ayı ilə müqayisədə iki dəfə çoxdur. İstanbulda nəqliyyat vasitələrinin sürətlə artmasının əsas səbəbi bu şəhərin Avropa ilə Asiya arasında körpü rolunu oynamasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə