Sentyabrın 23-də Lənkəran şəhərində Qurban bayramı ilə əlaqədar əhalinin qurbanlıq heyvanlara olan tələbatını ödəmək və bazarda süni qiymət artımının qarşısını almaq məqsədilə satış yarmarkası təşkil edilib. Qurbanlıq üçün nəzərdə tutulmuş mal-qara və davarlar Lənkəran Zona Baytarlıq Laboratoriyasının əməkdaşları tərəfindən tibbi müayinədən keçirilib.
Bayram yarmarkasına rayonda fəaliyyət göstərən 11 fermer təsərrüfatı və fiziki şəxslər tərəfindən 3 min 200 baş iri və xırda buynuzlu heyvan çıxarılıb. Qiymətlər bazarla müqayisədə 20-25 faiz aşağı olub.
Yarmarkada qoyulmuş nəzarət tərəzilərində çəkilmiş qurbanlıq ət əhaliyə diri çəkidə 4 manata, kəsilmiş halda isə 6 manata təklif olunub.
Həmişə olduğu kimi, bu il də Qurban bayramı ilə əlaqədar Lənkəran rayonunda məskunlaşan məcburi köçkün ailələri, Qarabağ müharibəsi əlilləri, şəhid və imkansız ailələr diqqətdən kənarda qalmayıb. Bayram günlərində bu təbəqədən olan 5 min nəfərə qurbanlıq payı veriləcək.
Bayram yarmarkası iki gün davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB