Lənkəran şəhəri Heydər Əliyev Mərkəzinin akt zalında Lənkəran Şəhər İcra Hakimiyyəti və Lənkəran Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə "Erkən nikahlar-günahsız qurbanlar" mövzusunda elmi-praktik konfrans keçirilİb. SİA-nın Cənub bürosunun məlumatına görə, tədbir yeniyetmə və gənclərin hüquqi biliklərinin artırılması, müasir cəmiyyətdə sağlam düşüncəli gənclərin formalaşdırılması məqsədi daşıyıb.
Konfransı giriş sözü ilə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyeva açaraq mövzu ilə bağlı məruzə edib. Məruzə ətrafında Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Şəhanə Əhmədova, Lənkəran Perinatal Mərkəzinin baş həkimi Yeganə Nəhmətova, Lənkəran VAAQ şöbəsinin aparıcı mütəxəsisi Bəxtiyar Tağıyev, Dini Qurumlarla iş üzrə Dövlət Komtəsinin Lənkəran Bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışları dinlənilib.
Tədbirdə Ərazi vahidləri üzrə yerli icra nümayəndələri, bələdiyyə sədrləri, Lənkəran Dövlət Humanitar Kolleci və Lənkəran Dövlət Tibb Kollecinin tələbə-müəllim kollektivi, Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşları, ümmumtəhsil orta məktəblərinin direktorları iştirak ediblər.
Sərraf Mirsəfəroğlu





.jpg)




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB