Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin bölgələrdə vətəndaşları qəbulu davam edir. Sentyabrın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Astara rayonunda Lerik, Lənkəran, Astara rayon sakinlərini qəbul edəcək. Komitənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qəbul Astara şəhəri Heydər Əliyev Mərkəzində (ünvan: Astara şəhəri, Azərbaycan küçəsi, 26 b) saat 10:00-da keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB