Taksi sürücülərinə yeni xəbər şərtlər dəyişdi

Dayanacaq haqqı 5 manat oldu
Taksi sürücülərinə yeni xəbər şərtlər dəyişdi

Avtobus və taksi fəaliyyətində istifadə edilən avtomobillər rübdə bir dəfə texniki müayinədən keçirilməli olacaq. Bununla yanaşı taksi fəaliyyəti ilə məşğul olan sürücülər fərqlənmə nişanı aldığı vaxt aylıq 5 manat dayanacaq ödənişi də etməli olacaq. Artıq belə olmayacaq. İctimai nəqliyyatın təhlükəsizliyinə daha ciddi nəzarət ediləcək. Taksi xidmətində istifadə edilənlər də daxil olmaqla bütün ictimai nəqliyyat vasitələri rübdə bir dəfə texniki müayinədən keçiriləcək. Dövlət Avtomobil Nəqliyyatı Xidməti bununla bağlı tədbirlər planı hazırlayıb. Plana əsasən bu gündən yeni qaydanın tətbiqinə başlanıb.

Həmçinin taksi fəaliyyəti ilə məşğul olan sürücülər fərqlənmə nişanı almaq üçün ayda bir dəfə 18 manat dövlət rüsumu ödəməklə yanaşı əlavə 5 manat taksi dayanacağı üçün aylıq ödəniş də edəcəklər.

5 manat taksi dayanacağı üçün aylıq ödəniş edib çek əldə edən sürücülər bütün taksi dayanacaqlarından sərbəst istifadə edə biləcəklər. Sürücülər bu yeniliyə münasibəti birmənalı deyil. Bəziləri illik texniki baxışın kifayət etdiyini desə də bunu normal qarşılayanlar da var.

Bütün xəbərlər Facebook səhifəmizdə