Təmiz bal almaq istəyənlərin nəzərinə

Bakıda bal yarmarkası keçiriləcək
Təmiz bal almaq istəyənlərin nəzərinə

2015-ci il oktyabrın 10-dan 30-dək Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Bakı şəhəri, Nizami küçəsi, 92 ünvanında (köhnə dəyirmanın yaxınlığında) arıçılıq məhsullarının sərgi-satış yarmarkası keçiriləcək. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, yarmarkada iştirak etmək istəyən arıçılar elan dərc olunan tarixdən etibarən qurumun "1652" nömrəli Çağrı mərkəzinə (stasionar nömrələrdən zəng pulsuzdur) müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Yarmarka ilə bağlı daha ətraflı məlumat nazirliyin www.agro.gov.az saytında yerləşdirilib. Maraqlananlar əlavə məlumat əldə etmək üçün (012) 4936319 və 4935164 nömrəli telefonlara da zəng edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə