Prezident fəxri adlar verdi

Prezident İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

"Əməkdar Artist"

Əsgərov Mübariz Səməd oğlu
Nəcəfov Tural Nüsrət oğlu

"Əməkdar Mədəniyyət İşçisi"

Məmmədov Nizami Tahir oğlu

"Əməkdar Müəllim"

Əfəndiyeva Nüşabə Yusif qızı

Bütün xəbərlər Facebook səhifəmizdə