Qurban bayramı günlərində Azərbaycan Dəmir Yolları QSC-nin müəssisə və stansiyalarında fasiləsiz iş rejimi tətbiq ediləcək. QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, Sərnişin daşımaları Departamenti bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək:
"Bayram günlərində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək. Sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçiriləcək. Bilet satış kassaları saat 07:00-dan 23:00-a kimi işləyəcək.Bundan başqa, iş adamlarının nəzərinə çatdırılır ki, vaqonların yüklənməsi və boşaldılması prosesində fasilələr olmayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB