Azərbaycan Respublikasının Xarici İşlər, Gənclər və İdman nazirlikləri ilə birgə təşkil olunan, ölkəmizin Çexiyadakı səfirliyi tərəfindən yerli tələbələr arasında keçirilən "Mən Azərbaycan haqqında nə bilirəm?" mövzusunda müsabiqə başa çatıb. Sentyabrın 22-də səfirlikdə müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev, Azərbaycan və Xəzər Araşdırmaları Mərkəzinin rəhbəri və Karlov Universitetinin professoru Eduard Qambar, müsabiqədə iştirak edən tələbələr və səfirliyin əməkdaşları tədbirə qatılıblar.
Fərid Şəfiyev Azərbaycanın tarixinə və mədəniyyətinə göstərilən marağa görə təşəkkürünü bildirib, qaliblərə sertifikat və hədiyyələr təqdim edib.
Müsabiqədə qalib gələn tələbələrin 2016-cı ilin birinci yarısında Bakıya səfər edəcəkləri bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB