Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Qloballaşma və Milli Həmrəylik" İctimai Birliyinin həyata keçirdiyi "QHT-Bələdiyyə münasibətlərinin inkişafına dəstək" layihəsi çərçivəsində növbəti tədbir baş tutub. SİA-nın xəbərinə görə, tədbirdə "Qloballaşma və Milli Həmrəylik" İctimai Birliyinin sədri Həsən Qarayev çıxış edərək bildirib ki, bir çox bələdiyyələrə torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməməsi bu gün aktual məsələ kimi qalmaqdadır. Diqqətə çatdırılıb ki, bələdiyyələrin əsas gəlir mənbəyi torpaq vergisindən və torpaqların özəlləşdirilməsindən əldə olunan vəsaitlərdir. On beş il ərzində bələdiyyələrə torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin verilməməsi bələdiyyələrin haqlı narazılığına səbəb olub.
Vurğulanıb ki, müvafiq dövlət orqanları indiyə kimi 500-ə yaxın kənd bələdiyyələrinə mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim ediblər. Onun da bir qismində müəyyən problemlər qalmaqdadır. Regionlarda və xüsusən də Bakı şəhərində bələdiyyələrə torpaq fondu və onun üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd bələdiyyələrə verilməlidir.
Məhz bu hüquqi sənədin bələdiyyələrə verilməməsi bir tərəfdən vətəndaşı bələdiyyədən narazı salır, ikinci tərəfdən bələdiyyə torpaq vergisindən məhrum olur.
Digər çıxış edənlər də mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Tədbirdə layihə çərçivəsində hazırlanan bukletlər də paylanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB