Gəncədə "İmamzadə" Dini Memarlıq Kompleksi və ziyarətgaha gedən yol, eləcə də yeni salınan bulvarda işlərin bir hissəsi artıq yekunlaşmaq üzrədir. Hər iki məkanın nəzərdə tutulan vaxtda təhvil verilməsi üçün işlər sürətləndirilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Qurbangah, 1000 nəfərlik ehsangah, mehmanxanası olacaq "İmamzadə" Kompleksində 2 minarəli məscid, iki zaldan ibarət namazgah tikilib. Yenidənqurmasında kaşı materialından istifadə edilən ziyarətgahda nəfis xəttatlıq işləri görülüb. İmamzadəyə gələn yolun üzərində giriş qapıları tikilir. Gəncə çayının üzərində olan körpü əsaslı şəkildə yenidən qurulur. Bununla yanaşı eni 7 metr olacaq yeni körpünün tikintisinə də start verilib. Gəncə çayının sağ sahilində salınan bulvarda işlərin 1-ci mərhələsinin tamamlanması üçün xeyli sayda texnika və 500-dən artıq işçi qüvvəsi cəlb olunub. Bəndin bərkidilməsi, fəvvarələrin inşası və velosiped yolunun salınması ilə yanaşı çayın sağ və sol sahillərini birləşdirən dəmir körpü də yenidən qurulur. Əli və Nino parkının yerləşəcəyi park-bulvarda uşaqlar üçün atraksionlar quraşdırılır, ərazidə velosiped yolu salınır. Kompleksin iki aya təhvil verilməsi planlaşdırılır.



İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB