Gəncədə Estoniya musiqisi gecəsi keçirilib FOTO

Gəncədə Estoniya musiqisi gecəsi keçirilib FOTO

Gəncədə estoniyalı musiqiçi Tanel Yoametsin ifasında fortepiano musiqisi gecəsi keçirilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, konsert Estoniya Mədəniyyət Nazirliyinin qrantı ilə pianoçunun Gürcüstan və Azərbaycanda konsert turnesi çərçivəsində baş tutub. Mir Cəlal Paşayev Muzeyində təşkil olunan konsert proqramını 80 nəfər tamaşaçı izləyib. Tanel Yoametsin proqramda Raxmaninov, Qriq, Eduard Tubin kimi dünyaca məşhur bəstəkarların musiqilərini ifa edib.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə