Yeni qaz xətti kür çayının daxilindən keçəcək FOTO

Yeni qaz xətti kür çayının daxilindən keçəcək FOTO

Samuxda bəzi kəndlərə qaz xətti kür çayının daxilindən keçəcək. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Samux rayonunun kür qırağı kəndlərinin qazlaşdırılması işi sürətləndirilib. Kənd daxili işlər yekunlaşıb, mənzillər sayğacla təchiz edilib. Kəndlərin qazlaşdırılması üçün əsas məsələ kür çayından qaz xəttinin keçirilməsi idi ki, həmin proses də uğurla başa çatdırılıb. Sağ sahildən sol tərəfə 600 metr uzunluğunda boru çaydan keçirilməklə tənzimləyici qurğuya çatdırılıb. İşlərin gedişi ilə tanış olan rayon rəhbərliyi yerli sakinlərlə görüş keçirib.

Yenikənd, Lüksemburq və Qırmızı Samux kəndlərinin qazlaşdırılması üçün Sarıqamış qaz paylayıcı stansiyasından 23 kilometr daşıyıcı xətt çəkilib. Yaxın vaxtlarda hər üç kəndə ilk dəfə olaraq mavi yanacaq veriləcək.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə