Gənc jurnalistlər üçün yeni imkan Fotolar

Gənc jurnalistlər üçün yeni imkan Fotolar

Bu gün Odlar Yurdu Universitetində Gənc Politoloqlar Mərkəzinin və Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər fondunun dəstəyi ilə "Gənc Jurnalistlərin ictimai-siyasi mövzular üzrə ixtisaslaşması" layihəsi ilə bağlı tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbiri açıq elan edən Odlar Yurdu Universitetinin İdarəetmə Şurasının sədri, professor Əhməd Vəliyev layihənin əhəmiyyəti haqda danışıb.

Daha sonra tədbirdə layihənin rəhbəri Elşən Orucov çıxış edərək layihənin məqsəd və məzmunun ilə bağlı ətraflı məlumat verib.

Dünya Azərbaycanlıları Milli Birliyinin sədri Cavad Derəxti isə bu cür layihələrin cəmiyyətdəki roluna toxunub. O bildirib ki, bu layihələr hər bir gənc üçün böyük əhəmiyyət daşıyır.

Layihə çərçivəsində 3 ay müddətində fəaliyyət göstərən gənc jurnalistlərin ixtisaslarının artırılması, onlar üçün treninqlər, məruzə və mühazirələrin, seminarların, konfransların, siyasi diskussiyaların və viktorinaların keçirilməsi nəzərdə tutulub.

Layihənin məqsədi hüquqi-demokratik cəmiyyətin fəal iştirakçısı olan gəclərin siyasi və hüquqi, təhsil və hüquqi biliklərinin artırılması və təhkimləşdirilməsinə dəstək olmaqdan ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə