Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının İnformasiya Texnologiyaları Departamentinin direktoru Samir Quliyev sentyabrın 22-25 sentyabr tarixlərində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçiriləcək Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Gənclər Assambleyasının növbəti payız sessiyasında iştirak etmək üçün səfər edəcək. SİA-nın məlumatına görə, Azərbaycan daxil olmaqla, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Ukrayna və Ermənistan dövlətlərindən gənc parlamentariləri özündə birləşdirən Assambleya 2012-ci ilin 22 noyabr tarixindən fəaliyyətə başlamış, MDB-nin iştirakçı olan dövlətlərinin siyasi, iqtisadi, ekoloji, humanitar, mədəni və digər sahələrdə əməkdaşlıqlarının inkişafı prosesinə gənc parlamentarilərin cəlb olunması, gənc parlamentarilərin təcrübə mübadiləsi və dialoq üçün şəraitin yaradılması, MDB-nin gənclər təşkilatlarının nümayəndələri arasında parlament diplomatiyasının və hüquq mədəniyyətinin formalaşması, gənc nəsil arasında vətəndaş fəallığının artırılması kimi məqsədlərə xidmət edir.
Qeyd edək ki, Azərbaycan Respublikası Milli Məclisin, Gənclər və İdman Nazirliyinin və digər QHT-lərin nümayəndələri də ölkəmiz adından tədbirdə iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB