Bu gün Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən Gənclər və İdman Nazirliyi və BMT-nin Əhali Fondu ilə birgə həyata keçirilən "Azərbaycan Gəncliyi Daha Yaxşı Gələcək uğrunda Fəaliyyətdə" layihəsinin yekun konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Gənclər və İdman Nazirliyinin sektor müdiri Fuad Babayev, BMT-nin Əhali fondunun Azərbaycan üzrə Baş Müşaviri Fərid Babayev, "ADA" Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə və ARGTMŞ-ın sədri Şahin Seyidzadə iştirak edib.
Konfransın açılış mərasimində dövlət rəsmilərinin çıxışları, daha sonra isə layihənin hesabatı dinlənilib. Konfransda 3 rayonda keçirilmiş təlimlər zamanı gənclər üçün aktual olan mövzular üzrə iştirakçılar tərəfindən verilmiş təkliflər səsləndirilib və bu təkliflər əsasında hazırlanan bəyannamə ictimaiyyətə çatdırılıb. Sonda 3 ay davam edən layihənin video hesabatı təqdim olunub.
Qeyd edək ki, "Azərbaycan Gəncliyi Daha Yaxşı Gələcək uğrunda Fəaliyyətdə" layihəsi gənclərin potensialnını üzə çıxararaq, onların ehtiyaclarının yetkinlik dövründə təhlükəsiz, sağlam və uğurlu keçidini təmin edəcək milli inkişaf çərçivəsinin hazırlanması prosesində nəzərə alınması məqsədilə həyata keçirilir. İyul ayında start verilən "Azərbaycan Gəncliyi Daha Yaxşı Gələcək uğrunda Fəaliyyətdə" layihənin təlimləri Lənkəran, İsmayıllı, Ağdam rayonlarında həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB