DSX 3 nəfəri saxladı

Biləsuvar kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsindən dövlət sərhədini İran İslam Respublikası istiqamətində pozmağa cəhd göstərən 2 nəfər və onlara vasitəçilik edən 1 nəfər AR vətəndaşı saxlanılıb. Dövlət Sərhəd Xidmətinin məlumat mərkəzindən SİA-ya verilən xəbərə görə, müəyyən olunub ki, AR vətəndaşı Əliyev Rövşən Natiq oğlu 18.09.2015-ci il tarixdə Bakı şəhərində yerləşən "Lion" kafesində baş vermiş qətl hadisəsində şübhəli bilinən və cinayət yerindən qaçıb, əvvəllər məhkum olunan Ağayev Niyaməddin Xanhüseyn oğlu və Hətəmov Nurəddin Nurməmməd oğlunu dövlət sərhədindən qanunsuz keçirmək məqsədi ilə idarə etdiyi avtomaşınla Biləsuvar rayonunun sərhədyanı ərazisinə apararaq köməklik edib.

Dövlət Sərhəd Xidməti əməkdaşlarının sayıqlığı nəticəsində Hətəmov Nurəddin Nurməmməd oğlu, Ağayev Niyaməddin Xanhüseyn oğlu və Əliyev Rövşən Natiq oğlu sərhədyanı ərazidə saxlanılıblar.

Hazırda fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə