Bu gün Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən Gənclər və İdman Nazirliyi və BMT-nin Əhali Fondu ilə birgə həyata keçirilən "Azərbaycan Gəncliyi Daha Yaxşı Gələcək uğrunda Fəaliyyətdə" layihəsinin yekun konfransı keçirilir. SİA-nın məlumatına görə, konfransda Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Xarici işlər Nazirliyinin 2-ci katibi İslam Quliyev, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun məsləhətçisi Səbuhi Rzayev, Azərbaycan Respublikası Gənclər və idman Nazirliyinin Gənclərlə İş Şöbəsinin müdiri İndira Hacıyeva, BMT-nin Əhali fondunun Azərbaycan üzrə Baş Müşaviri Fərid Babayev, "ADA" Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə və ARGTMŞ-ın sədri Şahin Seyidzadə iştirak edir.
Konfransın açılış mərasimində dövlət rəsmilərinin çıxışları, daha sonra isə layihənin hesabatı dinlənilib. Konfransda 3 rayonda keçirilmiş təlimlər zamanı gənclər üçün aktual olan mövzular üzrə iştirakçılar tərəfindən verilmiş təkliflər səsləndiriləcək və bu təkliflər əsasında hazırlanan bəyannamə ictimaiyyətə çatdırılacaq. Sonda 3 ay davam edən layihənin video hesabatı təqdim olunacaq.
Məlumat üçün qeyd edək ki, "Azərbaycan Gəncliyi Daha Yaxşı Gələcək uğrunda Fəaliyyətdə" layihəsi gənclərin potensialnını üzə çıxararaq, onların ehtiyaclarının yetkinlik dövründə təhlükəsiz, sağlam və uğurlu keçidini təmin edəcək milli inkişaf çərçivəsinin hazırlanması prosesində nəzərə alınması məqsədilə həyata keçirilir. İyul ayında start verilən "Azərbaycan Gəncliyi Daha Yaxşı Gələcək uğrunda Fəaliyyətdə" layihənin təlimləri Lənkəran, İsmayıllı, Ağdam rayonlarında həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB