Taksi sürücüsü həyatını itirib RƏSMİ AÇIQLAMA

Taksi sürücüsü həyatını itirib RƏSMİ AÇIQLAMA

Sentyabrın 20-də gecə saat 02:00 radələrində Sumqayıtdakı "Şəfa" sanatoriyasının yataqxanasında məskunlaşmış Zəngilan rayonundan məcburi köçkün, özəl taksi fəaliyyəti ilə məşğul olan Məqsəd Süleymanov 20 Yanvar küçəsindəki bazarın yaxınlığında naməlum səbəblərdən üzərinə benzin tökərək özünü yandırıb. SİA-nın Sumqayıt Şəhər Prokurorluğu və Şəhər Polis İdarəsinin birgə yaydığları məlumata istinadən verdiyi xəbərə görə, həmin ərazidə xidmət aparan və hadisəni görən Post Patrul Xidmətinin əməkdaşları dərhal müdaxilə edərək xüsusi cihaz vasitəsi ilə yanğını söndürmüş və təcili yardım çağırıblar.

Məqsəd Süleymanov Bakıdakı 5 saylı Xəstəxanaya çatdırılsa da, həkimlərin müdaxiləsinə baxmayaraq saat 15 radələrində həyatını itirib.

Hazırda faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə