Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə hazırladığı tədbirlər planına əsasən məhkumların vicdan və dini etiqad azadlığının təmin edilməsi məqsədilə cəzaçəkmə müəssisələrində dini maarifləndirmə tədbirləri davam etdirilir. Qurumdan SİA-ya verilən məlumata görə, "İslamda əxlaq prinsipləri" mövzusuna həsr olunmuş növbəti maarifləndirici tədbir 18 sentyabr 2015-ci il tarixdə Penitensiar xidmətin Tərbiyə müəssisəsində keçirilib. Seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Mahir Qəniyev, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının fəlsəfə doktoru Elsevər Səmədov və TiTi-nin böyük inspektoru ədliyyə baş leytenantı Ləman Orucova iştirak ediblər.
Tədbirin sonunda məhkumlara qonaqlar tərəfindən dini ədəbiyyatlar hədiyyə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB