Aida İmanquliyevanın xatirəsi anılıb

Aida İmanquliyevanın xatirəsi anılıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi İkinci Fəxri xiyabanda görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyevanın məzarını ziyarət edib, önünə əklillər qoyaraq, əziz xatirəsini ehtiramla anıblar. SİA-nın məlumatına görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova professor Aida xanım İmanquliyevanın Azərbaycan şərqşünaslığında yeni dövr ərəb ədəbiyyatının ilk tədqiqatçısı olduğunu söyləyib .

Komitə sədri 23 il öncə dünyasını dəyişmiş görkəmli alim Aida İmanquliyevanın mənalı həyat yolundan danışıb, onun həm bir alim kimi dünya şərqşünaslıq elminə böyük töhfələr verdiyini, həm də bir qadın, ana, həyat yoldaşı kimi Azərbaycan qadınına örnək bir ömür yaşadığını diqqətə çatdırıb.

Professor Aida İmanquliyevanın zəngin elmi irsinin əhəmiyyətindən, elmi kadrların hazırlanmasındakı xidmətlərindən bəhs edən Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva, alimin Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi dövrdə bacarıqlı elm təşkilatçısı kimi özünü göstərdiyini xatırladıb.

Bütün xəbərlər Facebook səhifəmizdə