Sentyabrın 21-də Cenevrədə BMT- nin İnsan Haqqları üzrə Ali Komissarlığında İran azərbaycanlılarının, İranda yaşayan milli azlıqların durumu və Urmiya gölündəki ekoloji faciəylə bağlı dinləmələr keçiriləcək. Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, millət vəkili Sabir Rüstəmxanlı müzakirələrə qatılmaq və bu mövzuda çıxış etmək məqsədilə senytabrın 20-də Cenevrəyə yola düşəcək. DAK-dan SİA-ya verilən xəbərə görə, dinləmələrdə DAK həmsədri ilə yanaşı, Güney Azərbaycan Demokrat Partiyasını (GADP) başqanı Mahmud Bilgin, Avropa Azərbaycanlıları Alyansının (AAA) üzvü Aida Bilgin və İrandakı milli azlıqlarım nümayəndələri iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB