Nadir Əzməmmədov: "Fəaliyyətimiz daha da asanlaşacaq" AÇIQLAMA

Nadir Əzməmmədov:  "Fəaliyyətimiz daha da asanlaşacaq" AÇIQLAMA

Prezident İlham Əliyev "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" sərəncamda dəyişikliklər edilməsi və Səhmdar Cəmiyyətin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə fərman imzalayıb. Fərmana əsasən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılıb. Bu barədə SİA-ya açıqlama verən "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib ki, fərman sayəsində artıq öz fəaliyyətimizi sərbəst şəkildə qura biləcəyik.

O qeyd edib, "Azərbaycan Dəmir Yolları" QSC Nəqliyyat Nazirliyinin tabeliyində olduğu zaman hər bir qərar üçün bura müraciət etməli idi: "Bu halda yalnız Nəqliyyat Nazirliyi müraciətimi cavablandırdıqdan sonra biz həmin işləri görə bilirdik. Lakin indi müstəqil fəaliyyət göstərməyə başladıqdan sonra fəaliyyətimizi birbaşa həyata keçirə biləcəyik".

Nadir Əzməmmədov vurğulayıb ki, bu qərar daha sürətli, daha keyfiyyətli və iş fəaliyyətimizi birbaşa olaraq həyata keçirməyə imkan verəcək: "Beləliklə sərnişinlərin və yükün daşınması daha sürətli şəkildə həyata keçiriləcək. Həmçinin iş fəaliyyəti daha da asanlaşacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə