19 yaşlı qız hamamda doğdu

Hamamda dünyaya gәtirdiyi övladını boğaraq öldürüb. Ağlasığmaz olay Türkiyәnin Batman şәhәrindә baş verib. Mәlumata әsasәn, 19 yaşlı Ç.K. bir il öncә şәxsiyyәti mәlum olmayan biri ilә sevgi mәcarası yaşayıb. Sәmimi münasibәtdәn sonra hamilә qalan Ç.K. ana olacağını

ailәsindәn gizlәmәyi bacarıb. İki gün öncә sancısı tutan gәnc qız yaşadığı evin hamamında övladını dünyaya gәtirib. Daha sonra isә gәnc qız yenicә dünyaya gәlәn uşağı boğaraq öldürüb. Uşağın cansız bәdәnini sellefona qoyan qadın onu evdә gizlәdib. Bir müddәt sonra halı pislәşәn qadın özü xәstәxanaya müraciәt edib. Hәkimlәr ilkin müayinә zamanı gәnc qızın yenicә doğuş etdiyin aşkarlayıb.

Hәkimlәrә hәqiqәti etiraf edәn Ç.K. daha sonra şәhәr hüquq­ mühafizә orqanları tәrәfindәn saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə