"Ermənistanın müxalifətçisinə güvənmək olmaz" AÇIQLAMA

"Ermənistanın müxalifətçisinə güvənmək olmaz" AÇIQLAMA

"Ermənistanın vəziyyəti çox ağırdır və onlar bu ağırlığı cəbhə xəttinə də daşımağa çalışacaqlar". Bu sözləri SİA-ya hərbi ekspert Üzeyir Cəfərov ermənistanlı müxalifətçi Vaan Emilyeviç Martirosyanın Azərbaycandan siyasi sığınacaq istəməsinə münasibət bildirərkən deyib.

O bildirib ki, Ermənistanın çox ağır bir vəziyyətə olduğu dəfələrlə qeyd edilib: "Oradakı iqtisadi çətinlik artıq bütün sahələri bürüyüb. Artıq hüquq müdafiəçiləri də Azərbaycanın tərəfinə keçirlər. Bu hadisə bir daha onu deməyə əsas verir ki, Ermənistanın siyasi rəhbərliyi bütün var gücü ilə öz hakimiyyətini uzatmağa çalışır. Səsini çıxardanları isə həbs edərək onlara şər atır".

Onun sözlərinə görə, Ermənistanın müdafiə naziri bu yaxınlarda Ermənistan ordusundakı itkilərin gizlədilməsi ilə bağlı müqavilə imzalayıb: "O, bu addımı Moskvaya baxaraq imzalayıb. Bu Putinin sərəncamından irəli gələn bir addım idi. Hazırda Ermənistandakı siyasi vəziyyət çox gərgindir. Bu yaxınlarda Ermənistanda baş verəcək ümumrespublika mitinqi Sarkisyanın devrilməsi ilə nəticələnə bilər. Heç nəyi istisna etmək olmaz.

Ermənistanın hüquq müdafiəçisi Azərbaycana müraciət edib və kömək diləyib. Lakin buna da çox güvənmək olmaz. Çünki yaxın vaxtlarda da belə bir hadisələr baş vermişdi. Azərbaycana üz tutmuş ermənilər sonradan Ermənistanda Azərbaycan əleyhinə bəh-bəh ilə bəyanatlar səsləndirdilər. Yəni ermənilər yenə də öz xislətlərini ortaya qoydular. Hazırda onlar məsuliyyətə cəlb olunublar və haqlarında məhkəmə araşdırması gedir.

Artıq ermənilər əvvəl danışdıqları nağılları indi danışmırlar. Çünki indi öz canlarının hayındadırlar. Ermənistanın vəziyyət getdikcə ağırlaşacaq. Onlar bu ağırlığı cəbhə xəttinə də keçirməyə çalışacaqlar. Buna görə də, Azərbaycan son dərəcə diqqətli və ehtiyatlı olmalıdır ki, düşmən bundan istifadə etməsin".

Bütün xəbərlər Facebook səhifəmizdə