Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə bu gün Mərkəzin binasında "Beynəlxalq sülh gününə" həsr olunmuş dəyirmi masa təşkil olunub. SİA-nın verdiyi məlumata görə, müvafiq hüquq mühafizə qurumları, AMEA-nın aidiyyəti institutları, Vəkillər Kollegiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nümayəndələrinin iştirakı ilə təşkil olunmuş sözügedən tədbirin açılış mərasimində Mərkəzin direktoru Asif Usubəliyev qonaqları salamlayaraq Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin strateji istiqamətlərindən biri olan sülhə və dözümlülüyə dəvət edən multikulturalizm və mədəniyyətlərarası dialoq kimi dəyərlərin beynəlxalq münasibətlər sistemində təbliği barəsində qonaqlara geniş məlumat verib və bu istiqamətdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən görülən işləri açıqlayıb.
Nazir Əbülfəs Qarayevin rəhbərliyi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən sözügedən istiqamətdə son illər ərzində görülən çoxsaylı işlər və həyata keçirilən tədbirlər haqqında danışan müəssisənin direktoru bildirib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Azərbaycanda keçirilən Ümumdünya Mədəniyyətlərarası dialoq Forumları artıq dünyada qəbul olunmuş yeni qlobal xarakterli siyasi meydana çevrilib. Ölkə rəhbəri tərəfindən həyata keçirilən peşəkar siyasətin nəticəsidir ki, Azərbaycan bu gün beynəlxalq mövqelərini gücləndirir və dost ölkələrin sayını durmadan artırır.
Daha sonra tədbirdə iştirak etmiş qonaqlar öz məruzələrində sülhün və hüquq azadlıqlarının təmin olunması istiqamətində respublikada görülən işlər barəsində ətraflı məlumatlar veriblər.
Tədbir çərçivəsində aparılan təhlil və fikir mübadiləsi nəticəsində iştirakçılar bir daha belə bir qənaətə gəldilər ki, tolerant və multikultural dəyərlər təkcə dövlət siyasəti deyil, bu eyni zamanda tarixən Azərbaycan xalqına məxsus olan milli keyfiyyətlərdir. Qeyd olunan dəyər və keyfiyyətlərin qorunmasında isə mədəniyyət işçilərinin rolunun əvəzolunmaz olduğunu bildirən Mərkəzin direktoru dövlətin inkişafına xidmət edən Nazirliyin bu mühüm işində müəssisənin qarşısında müəyyən olunacaq bütün tapşırıqların effektiv icra olunmasını təmin etmək üçün Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin bütün kollektivi öz bilik və bacarıqlarını əsirgəməyəcini vurğulayıb.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB