"Qurban bayramına qədər pensiyalar tam ödəniləcək"
Pensiyaçılara bayram müjdəsi

Qurban bayramına qədər pensiya və müavinətlərin verilməsində problemlər yaşanmayacaq. Bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev məlumat verib. Sədr Elman Mehdiyev fondun gələn il üçün nəzərdə tutulmuş büdcəsi haqqında məlumat verib.Bu arada Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim edilən daha 3 elektron xidmətin təqdimatı baş tutub.

Məcburi dövlət sosial sığorta haqlarının həcminin hər il artması pensiya və digər müavinətlərin vaxtından əvvəl maliyyələşdirilməsinə imkan verir. Buna görə bu ay da pensiyaların vaxtından qabaq veriləcəyi gözlənilir

Pensiya və sosial müavinətlərin vaxtında verilməsi, eləcə də azalmaların olmaması Dövlət Sosial Müdafiə Fondunun büdcəsindən asılıdır.

Fond sədrinin sözlərinə görə özəl pensiya fondlarının yaradılması ilə bağlı məsələ son mərhələyə girib. Bununla bağlı 2 qanunvericilik layihəsi hazırlanır və gələn ay ictimai müzakirələrə çıxarılacaq.

Fond elektron xidmətlərin əhatə dairəsini də genişləndirir. Bu il ərzində qurumun təklif etdiyi elektron xidmətlərdən 1 milyon 800 min nəfər istifadə edib. Bu gün elektron xidmətlərin siyahısına daha 3-ü əlavə edilib.

Bunlar ''Sığortaedən hüquqi şəxsin onlayn uçota alınması'', ''Sığortaedən fiziki şəxsin uçota alınması'' və ''Dövlət Sosial Sığorta Şəhadətnaməsinin dəyişdirilməsi və dublikatının verilməsi üçün müraciətin qəbulu'' xidmətləridir.

Bütün xəbərlər Facebook səhifəmizdə