RF-nin ATƏT-dəki səlahiyyətli nümayəndəsi sərt danışdı

"ATƏT-in Daimi Şurasında DTİHB-nin iş metodologiyası barədə ciddi söhbət olacaq"
RF-nin ATƏT-dəki səlahiyyətli nümayəndəsi sərt danışdı

Cümə axşamı ATƏT-in Daimi Şurasının növbəti iclası keçiriləcək. Rusiyanın bu təşkilatdakı nümayəndə heyəti həmin iclasda Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) iş metodologiyası barədə məsələ qaldırmaq niyyətindədir. RF-nin ATƏT-dəki səlahiyyətli nümayəndəsi Aleksandr Lukaşeviç bu barədə Rusiyanın "RİA-Novosti" agentliyinə müsahibəsində məlumat verib.

A.Lukaşeviç izahat verərək bildirib ki, Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda parlament seçkilərinin monitorinqini keçirməkdən imtina edir. Bu səbəbdən Rusiya ATƏT-in Daimi Şurasının növbəti iclasında həmin qurumun iş metodologiyasını müzakirə etməyə hazırlaşır. Səlahiyyətli nümayəndə vurğulayıb: "Müşahidəçilərin ATƏT tərəfindən təklif olunan sayını artıq hesab edən Azərbaycanın hakimiyyət orqanları bütün müşahidə strukturlarının sorğularını nəzərə alaraq, öz variantını təklif edib".

A.Lukaşeviç daha sonra deyib: "Lakin DTİHB barışmaz mövqe tutub və yekunda Azərbaycanda seçkilərin monitorinqini ləğv edib. Buna görə də Daimi Şuranın ən yaxın vaxtda keçiriləcək iclasında yəqin ki, ATƏT-in bu təsisatının elektoral sahədə iş metodologiyasına dair ciddi söhbət olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə