"İmamzadə" Dini Memarlıq Kompleksi və Gəncəçayın sağ sahili boyunca salınan bulvarda işlər sürətlə davam edir. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Park-bulvar kompleksində bəndin bərkidilməsi, körpülərin yenidən qurulması prosesi aparılır. 1,2 km uzunluğunda ərazini əhatə edən bulvarda "Kitab evi", "Kitab Satışı Mərkəzi", "Uşaq Əyləncə Mərkəzi", iaşə obyektləri, Əli və Nino heykəli və fəvvarələr inşa edilir, velosiped yolu salınır. Gəncənin "Cavad xan" qəsəbəsində 266 ailənin yaşadığı 5 və 9 mərtəbəli binaların, Atatürk prospekti və Adilxan Ziyadxanov küçəsində yerləşən 6 yaşayış binası və 4 yataqxananın dam örtüyü və fasadı yenilənir. Ərazidən keçən yüksək gərginlikli elektrik xətləri də yerin altına salınır. Dədə Qorqud küçəsində yerləşən 10 binanın da dam örtüyü müasir formada qurulur. Ətrafdakı yöndəmsiz tikililər sökülərək yerində yaşıllıq zolaqları salınır. Mir Cəlala Paşayev adına 39 nömrəli tam orta məktəbin yeni inşa edilən korpusunda kosmetik işlər həyata keçirilir.
Qeyd edək ki, "İmamzadə" Dini Memarlıq Kompleksində işlərin 90% -i yekunlaşıb. Ziyarətgahın üstündə 28 metr hündürlüyündə kümbəz, tikilinin sağ və sol hissəsində 2 minarə, kompleksin həyətində isə mehmanxana tikilib.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)


İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB