300-dək talassemiya və hemofiliyalı xəstə qeydiyyatdadır

300-dək talassemiya və hemofiliyalı xəstə qeydiyyatdadır

Qərb bölgəsində 300-dək talassemiya və hemofiliyalı xəstə qeydiyyatdadır. Onlar üçün qan tədarükü aparılır. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, könüllü donorların sayında ötən illərlə müqayisədə artım müşahidə edilir. Bu ilin ötən dövrü ərzində irsi qan xəstələri üçün Mərkəzi Qan Bankının Gəncə bölməsi tərəfindən 1680 donordan 800 litrdən çox qan tədarük edilib. Ehtiyat əsasən qanvermə aksiyaları zamanı toplanıb.

Hemofiliyalı xəstələr əsasən böyüklər, talassemiyalı xəstələr isə uşaqlardır. Onları qanla təmin etmək üçün oktyabr ayında daha bir qanvermə aksiyasının təşkili nəzərdə tutulur. Könüllü donorların sayında ötən illərlə müqayisədə artım müşahidə edilir.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə