"Azərbyacanda Parlament seçkilərinin keçrilməsi üçün hazırlıq mərhələsinə yenicə başlansa da indidən seçkilərin nəticələrinə kölgə salmağa cəhd göstərilməsi ilə bağlı bəyanatlar səslənir". SİA-nın verdiyi məlumata görə, bunu Milli Məclisin deputatı Rauf Əliyev Freedom House-nin bəyanatına münasibət bildirərkən deyib.
R.Əliyev qeyd edib ki, bu Freedom House-nin Azərbyacana qarşı qəbul etdiyi ilk belə qərəzli və ədalətsiz bəyanat deyil: "Bu vaxta qədər özünü insan haqları təşkilatı hesab edən bu təşkilat dəfələrlə Azərbyacan əlehinə müxtəlif məsələlər üzrə qərəzli, ədalətsiz, fitnəkar bəyanatlar qəbul edib. Azərbyacan bütün dünyaya öz tolirantlığını, multikultiralizim dəyərlərini nümayiş etdirdiyi vaxtda bu təşkilat bir dəfədə olsun Azərbyacanda baş verən və dünyanın əksər dövlətləri tərəfindən qəbul olunmuş müsbət dəyişiklikləri qəbul etmir və bu barədə susurlar. Çünki onlara sahibləri belə buyurublar".
Daha sonra R.Əliyev qeyd edib: "Çox maraqlıdır seçki 01 noyabr 2015-ci il tarixdə keçriləcək, ancaq qabaqcadan seçkilərin nəticələrinə kölgə salmaq kimin maraqlarına cavab verir. Cavab aydındır. Elə bu günlərdə Avropa Parlamentinin Azərbyacana qarşı qəbul etdiyi qərəzli, ədalətsiz, çirkin və fitnəkar qətnamə göstərdi ki, Azərbyacanın müstəqilliyini, beynəlxalq aləmdə artan nüfuzunu həzm edə bilməyən qüvvələr sakitləşə bilmirlər. Azərbyacan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənabları və Milli Məclis tərəfindən bu qətnaməyə pirnsipial qiymət verilmişdir.
Qoy özünü insan haqları təşkilatı hesab edən Freedom House erməni qəsibkarları tərəfindən öz doğma ata-baba yurdlarından qovulmuş bir milyondan çox azərbaycanlının və hal-hazırda qərb dövlətlərinin törətdiyi müharibələrin, ixtişaşların nəticəsində öz doğma vətənlərini tərk etmiş şimali Afrikadan, Suriyadan və digər ölkələrdən olan və Avropaya üz tutmuş qaçqınların hüquqlarının qorunması ilə məşğul olsunlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB