Avropa Demokratiya və İnsan Haqları Fondunun BƏYANATI

Fond Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qərəzli qətnaməyə etiraz edib
Avropa Demokratiya və İnsan Haqları Fondunun BƏYANATI

Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi 09 sentyabr 2015-ci il tarixli antiazərbaycan qətnaməsinin, Azərbaycan ictimai, siyasi dairələrdə, qeyri-hökumət təşkilatları tərəfindən narazılıqla qarşılandığını və vətəndaş cəmiyyəti qurumları arasında ciddi etiraz və təəssüf hissi doğurduğu, Avropa Demokratiya və İnsan Haqları Fondunu bərk narahat edir. SİA-nın verdiyi məlumata görə, bu sətirlər Avropa Demokratiya və İnsan Haqları Fondunun bəyanatındandır.

Bəyanatda qeyd edilir ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamədə, Azərbaycan ilə bağlı irəli sürülən iddiaların kökü olmayaraq qeyri -obiyektiv yanlış məlumatlar əsasında hazırlanmış qətnamənin lehinə 365, əleyhinə 202 parlamentar səs verib, 72 nəfər bitərəf qalıb: "Qətnaməyə səs vermiş "parlamentarlar" Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına uyğun olaraq insan haqları müdafiəçilərinin, jurnalist və digər vətəndaş cəmiyyəti fəallarının tez və şərtsiz azad edilməsinə çağırıblar və eyni zamanda müxalif qüvvələr və vətəndaş cəmiyyəti arasında qarşılıqlı hörmətə əsaslanan ciddi danışıqların vacibliyini qeyd edilir. Qətnamədə Azərbaycan hökuməti universal insan haqlarına hörmətlə yanaşmağa, tələblər yerinə yetirilməyənə qədər Strateji Əməkdaşlıq Razılaşması üzrə danışıqların dayandırılmasına çağırış edilib. Bununla yanaşı, Parlament Avropa Komissiyasını insan haqları, vətəndaş cəmiyyəti və Avropa Qonşuluq Aləti çərçivəsində Azərbaycana insanlararası münasibətlərə dair kütləvi layihələri çıxmaq şərti ilə maliyyə ayrılmasını yenidən nəzərdən keçirməyə də çağırıblar".

Avropa Demokratiya və İnsan Haqları Fondunun Bakı ofisindən əldə etdiyimiz məlumatdan da göründüyü kimi, qəbul edilən bu sənəddə Azərbaycanla bağlı irəli sürülən iddialar yanlış məlumatlar əsasında hazırlanıb, subyektiv və qərəzli xarakter daşıdığı açıq-aydın görünür. Qətnamədə ayrı-ayrı halların qərəzli şəkildə təqdim olunması və ümumiləşdirmə yolu ilə bütün ölkəyə şamil edilməsi onun hazırlanma metodologiyasının qüsurlu olduğunu təsdiq edir.

Qətnamədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana nümayəndə heyəti göndərilməsi təklif edilir. Ancaq münaqişənin 20 ildən artıqdır ki, həll olunmaması, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün elementar insan hüquqlarından məhrum olunması barəsində Avropa Parlamenti bir çümlə belə qeyd etmədiyi bizdə təssüf hissi doğurur.

Avropa Demokratiya və İnsan Haqları Fondunun əməkdaşlarının araşdırmalarına görə, Azərbaycan dövləti milli maraqlarına cavab verən konstruktiv təklif və tövsiyələrə həmişə açıq olub. Bu səbəbdən müstəqil və suveren dövlətin daxili işlərinə qarışılması, ona qarşı təhqir və təzyiq məqsədilə qəbul olunmuş hər hansı sənəd qəti şəkildə qəbuledilməzdir.

Bəyanatda daha sonra deyilir: "Belə qərəzli münasibət və ikili standartların nümayiş etdirilməsi isə öz növbəsində Azərbaycanı Avropa Parlamenti və bu kimi təşkilatlarla əməkdaşlığın Avropa ölkələrinə nə dərəcədə lazım olması barədə ciddi düşünməyə əsas verir.

Avropada demokratiyanın dayaqlarından biri kimi tanınan Avropa Parlamentinin belə gözlənilməz və anlaşılmaz addım atması bütövlükdə regionda və dünyada demokratik dəyərlərə və ədalət prinsiplərinə vurulan zərbədir. Avropa Demokratiya və İnsan Haqları Fondu Avropa Parlamentinin qəbul etdiyi qərəzli qətnaməyə qəti etiraz bildirir və Avropa strukturlarını Azərbaycana qarşı ikili standartlardan əl çəkməyə və beynəlxalq hüquq normalarına hörmətlə yanaşmağa çağırırıq.

Avropa Demokratiya və İnsan Haqları Fondu, Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi 09 sentyabr 2015-ci il tarixli qərəzli və qeyri-obyektiv antiazərbaycan qətnaməsini birmənalı şəkildə qəbul etmirik və Avropa ictimaiyyətini ikili standartlara xidmət edən bu siyasətə qarşı etiraz bildirməyə çağırırıq.

Hesab edirik ki, Avropa Parlamentinin müstəqil və suveren dövlətin daxili işlərinə qarışılması, ona qarşı təzyiq məqsədilə qəbul olunmuş bu qətnamə qəti şəkildə qəbuledilməzdir.

Əks təqdirdə beynəlxalq aləmdə sülhün və demokratiyanın təhlükəyə məruz qalmasına şərait yaranacaq, beynəlxalq normalara, prinsiplərə, habelə inkişaf etmş iri dövlətlərin imicinə də münasibət dəyişəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə