Yağış yağacaq Temperatur enəcək

Yağış yağacaq Temperatur enəcək

Sentyabrın 17-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə isə arabir yağış yağacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu Abşeronda gecə 19-22, gündüz 23-26 dərəcə isti olacaq. Bakıda isə gecə 20-22, gündüz 24-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 17-də şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Axşam bəzi yerlərdə yağış leysan xarakterli olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 24-28, dağlarda gecə 9-14, gündüz 16-21 dərəcə isti olacaq. Bakıda havanın maksimal temperaturu 26 dərəcə isti olacaq, rayonlarda isə leysan yağış gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə